Şinel

Sign up to use
"Dahi yazıçı Qoqolun “Şinel” hekayəsi rus ədəbiyyatının “kiçik insan” mövzusunda yazılmış ən sanballı əsərlərindən biridir. Dostoyevskiyə istinad edilən “hamımız Qoqolun şinelindən çıxmışıq” sözü bu qısa, amma bənzərsiz mətnin necə böyük ədəbi fakt olduğunu çox bariz şəkildə göstərir. Süjet xətti elə də mürəkkəb olmayan əsərin dünya ədəbiyyatında bu qədər əhəmiyyət daşımasında Qoqolun sənətkarlığının müstəsna rolu var. Hekayə ironiya, metafora, simvolizmlə zəngindir, süjeti acı bir realistik xətlə davam eləsə də, sonlara doğru fantastik istiqamət alır, hadisələr absurdizmin içində cərəyan edir. Qoqol sənətkaranə şəkildə Akaki Akakiyeviçin kədərli həyatını təhkiyəsində sentimentallığa yer vermədən, əksinə, ironiya və sarkazmla təqdim edir."

Reviews

No reviews yet.
Be the first to write one.

Highlights

No highlights yet.
Be the first to share one.